Ötən gün toylara görə 10 nəfər cərimələnib

614 12-11-2021, 12:24 cemiyyet

Ötən gün toylara görə 10 nəfər cərimələnibNoyabrın 11-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 73 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 65 şadlıq sarayında, səkkiz şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 97 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb./Oxu.az/

XƏBƏR LENTİ