Əlillik təyinatı aparılan qazilərin sayı AÇIQLANDI

593 12-11-2021, 13:47 cemiyyet

Əlillik təyinatı aparılan qazilərin sayı AÇIQLANDI“Ötən ildən indiyə kimi 2200-ə qədər Vətən müharibəsi qazisinin əlillik təyinatı aparılıb”.



Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.



Onun sözlərinə görə, həmin şəxslərə sosial ödənişlər həyata keçirilir:



“Eyni zamanda, yuxarı və aşağı ətraflarını itirən 166 şəxs yüksək texnologiyalı protezlə təmin edilib”.

Xeberdar.net

XƏBƏR LENTİ