Abşeron sakinini döyərək pulunu və telefonunu ələ keçirdilər

637 16-11-2021, 16:14 kriminal

Abşeron sakinini döyərək pulunu və telefonunu ələ keçirdilərBakıda quldurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə noyabrın 15-də saat 02:00 radələrində Lökbatan qəsəbəsi ərazisində iki nəfərin Abşeron rayon sakini S.Səlimlini döyərək 1 725 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Nəsirov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

XƏBƏR LENTİ