DYP-dən Bakıda bağlanan yollarla bağlı sürücülərə MÜRACİƏT

519 27-11-2021, 15:24 cemiyyet

DYP-dən Bakıda bağlanan yollarla bağlı sürücülərə MÜRACİƏTBu gün paytaxtın iki küçə və prospektində hərəkət məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb:

“Buna görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı “Asan xidmət”in qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib”.

O, həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və “Memar Əcəmi” metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkətin tam məhdudlaşdırıldığını vurğulayıb:

“Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əskinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər. Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlayıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirir. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətləndirib, hərəkətlərinə davam etsinlər”.

Xeberdar.net

XƏBƏR LENTİ