“Ölkədə ilk dəfə prezident, hökumət seçkiyə müdaxilə etməyib" - Qırğızıstanın Baş naziri

519 28-11-2021, 11:09 dunya

“Ölkədə ilk dəfə prezident, hökumət seçkiyə müdaxilə etməyib" - Qırğızıstanın Baş naziriQırğızıstanda ilk dəfə olaraq prezident administrasiyası və respublikanın Nazirlər Kabineti seçki prosesinə müdaxilə etməyib. “RİA Novosti” xəbər verir ki, bunu respublikanın Baş naziri Akılbek Japarov deyib.

"Seçmək və seçilmək hüququmuz var. Ümid edirəm ki, siz layiqli seçim edib öz maraqlarınızı qoruyacaq, iqtisadi yüksəlişə kömək edəcək, pensiyalarınızı və maaşlarınızı artıracaq qanunlar yazacaq deputatlar seçəcəksiniz. Deyə bilərik ki, ölkə tarixində ilk dəfə olaraq prezident administrasiyası, Nazirlər Kabineti seçki prosesinə müdaxilə etməyib. Seçki prosesində sizin məsuliyyətli, balanslı, vətənpərvər vətəndaş mövqeyinizə arxalanıram”, - deyə səsvermədən sonra Nazirlər Kabinetinin sədri bildirib.

Qeyd edək ki, bu gün Qırğızıstanda parlament (Joqorku Keneş) seçkiləri keçirilir. 2021-ci il aprelin 11-də referendumda qəbul edilmiş Konstitusiyaya əsasən, Joqorku Keneşin yeni tərkibi 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçiləcək.

Seçki Komissiyası 21 partiyanın namizədlərini, həmçinin 287 müstəqil namizədi qeydə alıb.

Ümumilikdə 2 494 seçki məntəqəsi açılıb ki, onlardan 59-u xaricdə, 2 435-i isə ölkə daxilindədir. Parlament seçkilərini 730 xarici müşahidəçi izləyir.

Seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb. Səsvermə yerli vaxtla saat 20.00-da başa çatıb.

Qırğızıstanda 3 milyon 703 min 420 vətəndaşın səsvermə hüququ var.

Nazirlər Kabinetinin sədri Bişkekdə, 71 saylı orta internat məktəbinin binasında yerləşən 1142 saylı seçki məntəqəsində parlament seçkilərində səs verib./ “Report”[
/size]

XƏBƏR LENTİ