Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaq

498 13-12-2021, 16:54 dunya

Sabah Brüsseldə Prezident İlham Əliyev və NATO-nun Baş katibi arasında görüş olacaqAzərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Xeberdar.net xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb.

Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantika Şurasının iclasında iştirak edəcək.

Bundan başqa, sabah Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

Xeberdar.net

XƏBƏR LENTİ