Bakı metrosunda dəhşət: Ölən var

518 22-12-2021, 12:04 cemiyyet

Bakı metrosunda dəhşət: Ölən var“Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov iş yerində vəfat edib.
Xeberdar.net xəbər verir ki, bu barədə KanalS.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, mərhum bu gün səhər saat 7:55-də metronun “Elmlər Akademiyası” stansiyasında olarkən özünü pis hiss edib. Dərhal stansiyaya təcili tibbi yardım xidməti cağırılıb, buna qədər isə ona ilkin tibbi yardım edilib. Həkim gələnə qədər isə E.Süleymanov dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Xeberdar.net

XƏBƏR LENTİ