İran prezidenti 14 yaşlı qızla evlənib - İranın birinci xanımı kimdir?

İran prezidenti 14 yaşlı qızla evlənib - İranın birinci xanımı kimdir?İranın yeni prezidenti Həsən Ruhani indi dünyanın diqqət mərkəzində olan simaya çevrilib. Eyni zamanda dünya ictimaiyyətini bir məsələ də maraqlandırır: İranın yeni birinci ledisi kimdir?

«Bunu heç kim bilmir. O əri ilə çiyin-çiyinə seçki kampaniyası keçirməyib və onu, ümumiyyətlə seçki ərəfəsində də görən olmayıb».
Bunu İngilis mətbuatının "İran Köprü”sü olaraq adlandırılan, jurnalist Golnaz Esfandiari yazıb.

O yazır ki, İran siyasətçilərinin xanımları çox vaxt gözəgörünməz olurlar. Onlar ictimaiyyət qarşısında nadir hallarda görünürlər və onları adətən heç kim tanımır.

«Bu mənada İranın yenicə seçilmiş prezidenti Həsən Ruhaninin xanımı istisna təşkil etmir», - jurnalist yazır. Lakin qeyri-adi olan budur ki, İran mediası da birinci ledinin adını deyəsən heç bilmir.

Golnaz Esfandiari qeyd edir ki, İran xəbər agentliklərinin və hətta prezident xanımlarına həsr olunmuş internet saytlarında birinci ledinin adı əvəzinə « Həsən Ruhaninin arvadı» yazılır.

Hətta altı namizəddən ən mühafizəkarı olan Səid Cəlilinin xanımı haqqında da müəyyən bəsit informasiya mövcuddur.

Ruhani 20 yaşında 14 yaşlı qızla evlənib

Adı bilinməyən birinci ledi haqqında isə bilinən yalnız budur ki, o evdar qadındır və prezident Ruhani ilə kəbin yolu ilə evlənib. Hətta hökumətə ən yaxın agentliklərdən biri olan İSNA-nın da oxu daşa dəyib:

«Həsən Ruhaninin həyatında onun oynadığı rolu yaxşı başa düşmək üçün bütün xəbər almaq cəhdlərimiz puça çıxdı. Onun yaxın köməkçiləri və kampaniya yoldaşları da bizə heç bir məlumat vermədilər».

Amma hər halda İSNA bəzi şeyləri öyrənə bilib.

Agentlik yazır ki, 64 yaşlı Həsən Ruhani valideynlərinin seçimi ilə ailə həyatı qurub: «Onda 20 yaşım vardı. Atam və anam israr etdilər və mən də müqavimət göstərmədim».

Bir İran saytı da Həsən Ruhaninin 86 yaşlı anasına istinadən yazır ki, yeni prezidentə ərə gələndə qızın 14 yaşı olub.

Başqa bir əldə olan məlumat isə budur ki, Həsən Ruhaninin 4 uşağı var və bir oğlan övladları vəfat edib.

Xeberdar.net

İran prezidenti 14 yaşlı qızla evlənib - İranın birinci xanımı kimdir?

  • 20-02-2016, 11:39
  • 674


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI