Zəlzələ nəticəsində Böyük Çin səddinin bir hissəsi uçub

495 10-01-2022, 11:05 dunya

Zəlzələ nəticəsində Böyük Çin səddinin bir hissəsi uçubYanvarın 8-də Çinxay əyalətində baş verən zəlzələ nəticəsində Böyük Çin Səddinin iki metrlik hissəsi uçub.

APA xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Bildirilib ki, divarın uçması zəlzələnin episentrindən 114 kilometr aralıda yerləşən Qansu əyalətinin şimal-qərbindəki Şandanda baş verib. Divarın bu hissəsi Min İmperiyası dövrünə (1368-1644) aiddir.

Zəlzələdən sonra səlahiyyətlilər səddin uçan hissəsinə baxış keçirib. Mütəxəssislər dayaqlar quraşdırıb, təmir-bərpa işlərinə başlayıblar.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,3 bal olub. Yerli ekspertlərin sözlərinə görə, maqnituda 6,9 bal gücündə qeydə alınıb.

Zəlzələ əhalinin az məskunlaşdığı bölgədə baş verib, lakin bəzi böyük şəhərlərin sakinləri bunu hiss ediblər.

Xatırladaq ki, təbii fəlakət nəticəsində 9 nəfər xəsarət alıb, onlardan 8-i artıq xəstəxanadan evə buraxılıblar.

Xeberdar.net

XƏBƏR LENTİ