Rusiyaya ağır zərbə - “Silah” kimi istifadə etdiyi proyekt dayandırıldı

Rusiyaya ağır zərbə - “Silah” kimi istifadə etdiyi proyekt dayandırıldıRusiyanın Avropaya qaz nəql edəcək tarixi enerji layihəsi olan “Şimal axını 2” ilə bağlı açıqlama verən Almaniya Xarici işlər naziri Annalena Berbok proyektin dayandırılacağını bildirib.

Teleqraf.com xəbər verir ki, nazir mübahisəli boru kəməri layihəsinin hələ Avropa İttifaqının sertifikatlaşdırma tələblərinə cavab vermədiyini və operator dəyişiklik olana qədər prosesin dayandırıldığını deyib.

Annalena Berbok bildirib ki, “Şimal axını 2”nin gələcəkdə geosiyasi nəticələri olacaq və buna görə də Almaniyanın yeni hökuməti sertifikatlaşdırmadan əvvəl bütün tələblərin yerinə yetirilməsini tələb edir.

“Federal hökumətimiz koalisiya sazişində aydın şəkildə göstərib ki, Almaniyadakı enerji layihələri Avropa tələblərinə uyğun olmalıdır. Bu tələblər “Şimal axını 2”yə də aiddir. Amma bu, hazırda belə deyil, ona görə də sertifikatlaşdırma prosesi dayandırılıb”, - Berbok söyləyib.

Xarici işlər naziri həmçinin bildirib ki, Berlinin ABŞ-la razılaşması var və Moskva Ukraynaya qarşı enerjidən silah kimi istifadə edərsə, Rusiyaya qarşı sərt tədbirlər görməyə sadiqdir.

Digər tərəfdən, rəsmi Vaşinqton və Kiyev bunun Avropanın Rusiya qazından asılılığını artıracağını və qitənin enerji təhlükəsizliyini azaldacağını iddia edərək bunun qəti əleyhinədir.

Dekabrda Rusiya Prezidenti Vladimir Putin kəmərin təbii qazı Avropaya göndərməyə hazır olduğunu bildirmişdi.

Xeberdar.net

Rusiyaya ağır zərbə - “Silah” kimi istifadə etdiyi proyekt dayandırıldı

  • 12-01-2022, 10:53
  • 181


Oxşar mövzular
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI