Qusar sakinində avtomat silah aşkar edilib

692 12-01-2022, 13:00 cemiyyet

Qusar sakinində avtomat silah aşkar edilibDaxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, Qusarda qeydiyyatsız yaşayan əvvəllər məhkum olunmuş Akif Ağaxanov nömrəsi silinmiş “AKM” markalı silahı, 1 ədəd səsboğucu, 6 ədəd patron və 1 ədəd patron darağı ilə əvvəllər basdırdığı meşə ərazisindən çıxararkən saxlanılmışdır.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ