Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

566 17-01-2022, 11:06 cemiyyet

Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ“Ölkənin dağlıq ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yolları nəzarət altındadır”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırkı vəziyyəti barədə məlumat yayıb.

Bildirilir ki, dağlıq və dağətəyi ərazilərdə qarın yağması müşahidə olunmasa da, şaxtalı hava şəraiti hökm sürür. Bu xəbəbdən səhər saatlarından avtomobil yollarında buzlaşmaya qarşı tədbirlər görülür, qum-duz qarışığı səpilərək avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.

“Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə edən sürücülərdən xahiş olunur ki, idarə etdikləri nəqliyyat vasitəsini qış fəslinə uyğun təchiz etsinlər. Əks halda görülən tədbirlərə rəğmən həmin nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranacaq”, - deyə agentlikdən bildirilib.

Xeberdar.net

XƏBƏR LENTİ