Azərbaycanda 9 aylıq körpənin başına DƏHŞƏTLİ hadisə gəldi

703 21-01-2022, 10:25 hadise

Azərbaycanda 9 aylıq körpənin başına DƏHŞƏTLİ hadisə gəldiTovuzda 9 aylıq körpə ağır yanıq xəsarəti alıb.

Xeberdar.net xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, rayonun Dönük Qırıqlı kənd sakini, 2021-ci il təvəllüdıü Adəm Ruhin oğlu Mehdiyev bədənin 3-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Körpənin vəziyyəti ağır olduğundan Bakıya tibb müəssəsinə gətirilib.

9 aylıq körpənin evdə nəzarətdən yayınaraq soba üzərində olan qaynar suyu üzərinə dağıtdığı bildirilir.

Xeberdar.net

XƏBƏR LENTİ