Bakıda elektrik cərəyanından ölən şirkət əməkdaşı ilə bağlı cinayət işi açılıb

548 25-01-2022, 10:22 cemiyyet

Bakıda elektrik cərəyanından ölən şirkət əməkdaşı ilə bağlı cinayət işi açılıbYanvarın 24-ü saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Rahat Telecom” MMC-də montajçı işləyən 1977-ci il təvəllüdlü Müseyib Cəfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Müseyib Cəfərov metal dirəyə çıxıb internet kabeli çəkilişi işləri görən zaman üzərindən keçən yüsək gərginlikli elektrik naqilininə toxunmuş, elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölmüşdür.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq davam edir.

Xeberdar.net

XƏBƏR LENTİ