Qeyri-hökumət təşkilatları yaşıl dünya uğrunda birgə fəaliyyət göstərəcək

1 036 5-02-2022, 15:49 siyaset / cemiyyet / gundem

Qeyri-hökumət təşkilatları yaşıl dünya uğrunda birgə fəaliyyət göstərəcək
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinə fevralın 1-dən start verilib.
Layihə çərçivəsində keçirilməsi planlaşdırılan 8 (səkkiz) mövzuda təlimlərə qatılan QHT təmsilçiləri ekoloji problemlər haqqında ətraflı bilgi əldə etdikdən sonra “Yaşıl Dünya Uğrunda ” Vətəndaş Cəmiyyəti Platforması yaradacaqlar.
Bu barədə saytımıza məlumat verən Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinin rəhbəri Taleh Əliyev bildirib ki, ekoloji problemlərin həllinə maraq göstərən və bu istiqamətdə gələcəkdə davamlı və birgə fəaliyyət göstərmək istəyən vətəndaş cəmiyyət institutlarının fəaliyyətini kordinasiya etmək məqsədilə "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platforması yaradılacaq.

Yeni təsis olunan QHT koalisiyası yerli və beynəlxalq ekoloji təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edəcəkdir.


Xeberdar.net

XƏBƏR LENTİ