Daha bir jurnalist ÖLDÜRÜLDÜ

506 11-02-2022, 11:42 dunya

Daha bir jurnalist ÖLDÜRÜLDÜMeksikada daha bir jurnalist öldürülüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qətlə yetirilən müstəqil jurnalist Heber Lopez səsyazma studiyasında güllələnib. O, NoticiasWeb-in rəhbəri olub.

Prokurorluq orqanları bu cinayətlə bağlı iki nəfərin həbs olunduğunu, istintaqın davam etdiyini bildirib.

Bəzi yerli KİV-lərin məlumatına görə, Lopez hələ 2019-cu ildə ölüm təhdidləri alıb.

Reuters xəbər verir ki, jurnalist müntəzəm olaraq yerli hökumətdəki siyasət və korrupsiya haqqında yazıb.

Onun ölümü Meksikada son həftələrdə jurnalistlərə edilən hücumların sonuncusu idi. Təkcə yanvar ayında üç jurnalist və bir media işçisi, şənbə günü axşam isə keçmiş jurnalist öldürülüb.

ABŞ senatorları Tim Kaine və Marco Rubio Meksika prezidenti Andrés Manuel López Obradoru media tənqidçilərinə qarşı sərt çıxışına görə tənqid edərək, Meksikanı jurnalistləri qorumaq üçün daha çox iş görməyə çağırıblar.

Beynəlxalq təşkilatların məlumatına görə, 2000-2021-ci illər arasında Meksikada təxminən 145 jurnalist öldürülüb və bu, Meksikanı jurnalistlər üçün dünyanın ən ölümcül ölkələrindən birinə çevirib.


Xeberdar.net

XƏBƏR LENTİ