10 yaşlı qız dəm qazından zəhərləndi

449 23-02-2022, 10:48 hadise

10 yaşlı qız dəm qazından zəhərləndiGədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Xar-Xar kəndində baş verib. 2012-ci il təvəllüdlü S.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 10 yaşlı qıza tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Həsənova yaşadığı evdə dəm qazında zəhərlənib.

Xeberdar.net

XƏBƏR LENTİ