Nəhəng ayı yemək axtarmaq üçün 40 evə girdi

331 23-02-2022, 11:33 dunya

Nəhəng ayı yemək axtarmaq üçün 40 evə girdi
ABŞ-ın Kaliforniya ştatında nəhəng qara ayı yemək axtarmaq üçün girdiyi onlarla evə ziyan vurub.

Henk Tank adlı 230 kiloluq ayı bir neçə ay ərzində azı 40 evə soxulub. Vəhşi heyvan üz-üzə gəldiyi sakinlərin çoxunu qorxutsa da, onlara heç bir xəsarət yetirməyib. Henk Tank həmişə ac, lakin mülayim olduğu üçün Saut Leyk Taho şəhərində şöhrət qazanıb.

Buna rəğmən yerli hakimiyyət onun özbaşınalığına son qoymaq niyyətindədir. Belə ki, heyvan insanların əmlakına ziyan vurur və onları qorxudur.

Ayı Müdafiəçiləri Liqası qeyri-kommersiya təşkilatı Henk-in dayandırılmasının lazım olduğu ilə razılaşır, lakin onun öldürülməsinə qarşı çıxır. Qurumun icraçı direktoru Enn Brayant hesab edir ki, heyvan ixtisaslaşdırılmış qoruğa yerləşdirilməlidir.

Mənbə: lenta.ru

XƏBƏR LENTİ