Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu.

347 23-02-2022, 12:35 cemiyyet

Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu.Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Xeberdar.net-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Xeberdar.net

XƏBƏR LENTİ