Ramin Əziz yazır: "Cəlladın Himni "

829 27-02-2022, 21:22 siyaset / cemiyyet / gundem

Ramin Əziz yazır: "Cəlladın Himni ""

26 fevral 1992 - ci İl 613 nəfərin ruhunun səmada əbədi məskən saldığı gündür.Milli kimliyimizə,azadlıq istəyimizə edilən genosid(soyqırım) Rusiyanın birbaşa iştirakı ilə baş vermişdir.Bundan öncə isə dünyanın gözü önündə baş verən " Qanlı Yanvar " hadisələrini də məhz Şimal qonşularımız həyata keçirmişdir.
" Xocalı Soyqırımı "nəsillər dəyişsə də xalqımızın genində şərti refleks yaradacaq.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.Başın sağolsun Vətən !!!

Hələ o zaman da yırtıcı "Ağ Ayı " - nı heç kim dayandırmamışdır.Bu gün də həmin " Ağ Ayı " dünya xalqlarının əzrayılına çevrilib.Ancaq hələki heç bir qüvvə Pyotrun nəvələrini dayandıra bilmir və ya dayandırmağa cəsarət etmir.Az qala Avrasiya qitəsinin yarısını əhatə edən Rusiya İmperiyası işğalçı,məkrli və qaniçən imperialist maraqlarından əl çəkmir.
Bunun bir sadə yolu var.
Rus imperiyasının başına müsbətlər gətirdiyi xalqlar,dövlətlər vahid koalisiya yaradaraq ölüm-dirim savaşına girməlidir.Ya Şər Ocağını hamılıqla söndürməliyik,ya da tüstüsünə boğularaq əbədiyyətə qovuşmalıyıq.Yarımcan yaşamaq həyat prinsiplərini çox ucuzlaşdırır.

Ukrayna - Rusiya savaşı kimlərə sərf edir ?


Ukayna - Rusiya savaşı iki qardaş xalqın " Qaranlıq Güclər " tərəfindən masa üzərində hazırlanmış ssenarisi əsasında başladı və pərdəarxası məqamlar hələki heç kimə tam məlum deyil.Amma bir məqam var ki,iqtisadiyyatını ilk savaşdan bu yana hələ də toparlaya bilməyən Ukraynanı qaniçən imperiyanın caynaqlarına atmaq kimə və nə üçün lazım idi ?
Necə ki,Səddam Hüseyn Rusiyaya arxalanaraq Amerika Birləşmiş Ştatlarına meydan oxudu və sonda Rusiya maraqlarını İraqdan üstün tutaraq Səddam Hüsyenin asılmağını tamaşaçı mövqeyindən seyr etdi.
Sanki,həmin ssenari yenidən aranjiman edilərək səhnələşdirilir.Bu dəfə isə növbəti qurban Avropanın incisi Ukraynadır.
ABŞ,Britaniya,Almaniya,İsrail kəşfiyyatı günlərlə Rusiyanın nə zaman hücuma keçəcəyini həvəslə mətbuatda tirajladırdı.
Rusiyanın bu savaşa istəyi olmasa belə bilərəkdən bataqlığa sürüklənməsi dünya halından xəbərdar olan insana əlbətdə ki təəccüblü gəlir.

Qorbaçov kimi Putini də yükləmiş ola bilərlərmi ?

Bəlkə də ....

Necə ki,Mixail Qorbaçovu yükləyib SSR-nin dağılmasına səbəb olan ABŞ kəşfiyyatı,eyni ssenari ilə,fərqli situasiyada Vladimir Putini də yükləyib illərlə parçalaya bilmədikləri nəhəng Rusiyanı Moskva Knyazlığının ərazilərinə qaytarmağı planlaşdırır.
Çünki, " Yeni Dünya Düzəni " ideyasında təkqütblü hegemonluq nəzərdə tutulub.
İkiqütblü idarəetmə modeli artıq modernləşməyə ehtiyac duyur.

Məqsəd Ukraynanı müdafiə etmək olsa idi,javelin,stingerlər yox bir başa Patriot,F16,qitələrarası balistik raketlər tədarük edilərdi.
NATO üzvlük məsələsini savaşa qədər həll etmiş olardı.
Demək,bu savaşda məqsəd həm Ukraynanı həm də Rusiyanı parçalamaqdır.Ukrayna Rusiya üçün çıxılmaz bataqlıq rolunu oynasın.Hərbi,iqtisadi qüdrəti tükədilsin.Daxildə ixtişaşlar,etirazlar başladılsın və muxtariyyətlər müstəqillik qazansın.
Ukraynada isə parçalanma baş versin və münbit torpaqlar ssenaristərin yeni yaradacaqları dövlətin ərazisi olsun.

Bəli,düz oxudunuz.Yeni yaradılacaq,Avropanın və dünyanın beyin mərkəzi olacaq dövlət.

" Turan " ideyası əbəs yerə aktuallaşmayıb ki !!!

Bütün Türk xalqları Rusiyanın tərkibindədir.
Bu da açıq şəkildə hər şeyi göz önünə qoyur.

Çin Xalq Respublikası isə kapitalistərin yaratdığı ehtiyyat anbardır. Turan dövlətinin yeni Çingiz xanı tərəfindən süquta yetiriləcək.

Hansı formada olur-olsun,Rusiyanın parçalanması hər kəs kimi bizim də inkişafımıza,birləşməyimizə,bütövləşməyimizə təkan verəcək.
Bu həssas məqamda dövlət olaraq çox ehtiyyatlı davranmalıyıq.

Zövqlə bəstələnmiş Cəlladın Himni artıq eşidilir. Himnin sədaları altında dünya yenidən şəkillənir,düzən verilir.

Bu ağır məqamda Ukrayna xalqına Allahdan kömək diləyirəm,ürəyim sizinlədir.

Slava Ukraina !!!


Ramin Əziz

XƏBƏR LENTİ