Göyçayda narkomafiya ələ keçdi

Göyçayda narkomafiya ələ keçdiGöyçay rayonunda narkotik vasitələrin qanunsuz saxlanılması və alqı-satqısı ilə məşğul olan 7 nəfər şəxs tutulub.

Xeberdar.net-in APA-ya istinadən xəbərinə görə, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən 3 gün ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhər sakini, 1988-ci il təvəllüdlü Abdurəhimli Orxan Məhərrəm oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən çəkisi 38.82 qram olan qurudulmuş marixuna aşkar edilərək götürülüb. O. Abdurəhimliyə narkotiki satan Mürsəlov Azər Rozaxan oğlu da saxlanılıb. A. Mürsəlovun üzərindən isə çəkisi 16.46 qram olan qurudulmuş marixuna aşkar edilərək götürülüb.

Polis əməkdaşları həmçinin Göyçay rayonu Yeniarx kənd sakini, 1978-ci il təvəllüdlü Hacıyev Qamət Mirpaşa oğlunu şübhəli şəxs qismində saxlayaraq üzərində axtarış aparan zaman ondan çəkisi 13.79 qram olan qurudulmuş marixuana, ona narkotiki satan Xəlitli kənd sakini, 1989-ci il təvəllüdlü Xəlilov Mansur Əliyar oğlunun evindən isə 500 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Şübhəli şəxs qismində saxlanılan Göyçay şəhər sakini, 1988-ci il təvəllüdlü Məmmədov Elnur Elbrus oğlunun üzərindən 10.09 qram, ona narkotiki satan 1975-ci il təvəllüdlü Məmmədov Şahin Vilayət oğlundan isə 13.67 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Rayonun Kürdşaban kəndində yaşayan Məmmədov Elton Əhməd oğlunun üzərindən isə 9.18 qram çəkidə marixuana aşkar edilərək götürülüb. Yeddi nəfərin hər biri barədə Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılaraq araşdırma aparılır.

Qeyd edək ki, ötən 20 gün ərzində Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tətəfindən narkotik vasitələrin qanunsuz saxlanılması və alqı-satqısı ilə məşğul olan 12 nəfər tutularaq istintaqa təhvil verilib.


Xeberdar.net

Göyçayda narkomafiya ələ keçdi

  • 20-02-2016, 21:18
  • 700


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI