“İqlim dəyişikliyi” mövzusunda təlim keçrilmişdir

810 12-03-2022, 19:18 cemiyyet

“İqlim dəyişikliyi” mövzusunda  təlim keçrilmişdir
Bu gün (12.03.2022) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində planlaşdırılan 8 (səkkiz) təlimin birincisi “İqlim dəyişikliyi” mövzusunda təlim keçirilib.
Layihənin icra planına uyğun olaraq təlimə 25 Qeyri-Hökumət Təşkilatlarının nüməyəndəsi cəlb edilib. Tədbiri giriş sözü ilə açan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, "Yaşıl Dünya Uğrunda" Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinin rəhbəri Taleh Əliyev içtirakçıları salamladıqdan sonra bildirdi ki, bu gün dünyanın qlobal problemləri içərisində ekoloji problemlər üstünlük təşkil edir. Bu problemlərin həlli isə adından da göründüyü kimi bütün dövlətlərin və dünya ictimayyətinin birgə səyini tələb edir. Son illər beynəlxalq və milli səviyyədə ekoloji problemlərin həllinə həsr olunan çoxsaylı toplantılar keçrilir, beynəlxalq konvensiyalar qəbul edilir və ayrı-ayrı ölkələrin qanunları bu konvesiyaların tələblərinə uyğunlaşdırılır. Bütün bunlar bir daha sübut edir ki, ekaloji problemlər həyatımızın müxtəlif istiqamətlərində bizi təhdid edir və onların həlli təxirəsalınmaz işlərin görülməsini tələb edir. Bu layihənin icra edilməsində məqsədimiz dövlətimiz və xüsusilə də ictimaiyyətimiz və vətəndaş cəmiyyəti institutlarımız adına beynalxalq ekoloji hərəkata qoşulmaq və öz töhfəmizi vermək üçün ekaloji koalisiya təsis etməkdir. Ümidvaram ki, bu gün icrasına başladığımız layihə öz məqsədlərinə çatacaqdır. Sonra layihənin eksperti ekoloq alim Elçin Sultanov “İqlim dəyişikliyi” mövzusunda təqdimatla çıxış etdi. Çıxışdan sonra təlim iştirakçıları təqdimat və qurulması planlaşdırılan ekoloji koalisiya ilə bağlı geniş müzakirələr apardılar.

XƏBƏR LENTİ