"Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır" - İlham Əliyev

360 26-03-2022, 11:38 cemiyyet

"Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq strateji xarakter daşıyır" - İlham Əliyev"Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır".

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilən Şarl Mişelə göndərdiyi təbrik məktubunda yer alıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə fəal dialoq mövcuddur: "Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır və bu ilin fevral ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VIII toplantısı enerji sahəsində gələcək birgə fəaliyyətimiz üçün yeni imkanlar açıb".

"Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyacaq. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik", - İlham Əliyev vurğulayıb.

XƏBƏR LENTİ