Qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullar açıqlandı - FOTO

387 1-04-2022, 10:58 cemiyyet

Qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullar açıqlandı - FOTOQaraciyər sağlamlığı üçün tövsiyə olunan məhsullarda əsas meyar onların tərkibində antioksidantların, pektin və ya “Omeqa-3” yağ turşularının olmasıdır.

Bu barədə rusiyalı qastroenteroloq, hepatoloq İrina Uçurova qaraciyərlə bağlı problem yaşayanlara öz tövsiyələrində bildirib.

Mütəxəssisin sözlərinə görə, qaraciyər bədəni lazımsız, potensial zəhərli komponentlərdən təmizləmək, həmçinin orqanizmdə yağları parçalayan və mənimsəyən xolesterol və öd istehsalına cavabdehdir. O, həmçinin qaraciyərin toxumaları bərpa etmək qabiliyyətinə malik olduğunu, lakin bir insanın pis vərdişləri varsa, əziyyət çəkə biləcəyini vurğulayıb.
Qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullar açıqlandı - FOTO
“Keşniş, şüyüd, cəfəri, kərəviz, nanə və reyhan kimi göyərtilər antioksidant mənbəyidir. Təbii sorbentlər, məsələn, çuğundur və alma, həmçinin şaftalı, ərik, heyva, armud, üzüm, moruq, qarağat, böyürtkən, qarğıdalı, gavalı çoxlu miqdarda pektin ehtiva edir”, - deyə həkim bildirib.
Qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullar açıqlandı - FOTO
Onun sözlərinə görə, bunlardan başqa, “Omeqa-3” və argininlə zəngin olan qoz-fındıq da rasiona daxil edilməlidir.

“Bu amin turşusu qaraciyər hüceyrələrinin regenerasiyasını sürətləndirir və onu yağların yığılmasından qoruyur. Faydalı məhsullar siyahısında dəniz balığı və dəniz məhsulları, balqabaq toxumu, küncüt toxumu, toyuq filesi, yumurta və noxud da var”, - deyə həkim əlavə edib.
Qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullar açıqlandı - FOTO
Mütəxəssis yüksək lifli qidaların, o cümlədən kəpəkli çörək, ağ kələm, noxud, mərci, arpa yarması, balqabaq, avokado, buğda yarması, brokkoli, qarabaşaq yarması, yerkökü və almanın toksinlərdən qurtulmağa kömək edəcəyini deyib.

Həkim vurğulayıb ki, bitki yağları, xüsusilə kətan toxumu və zeytun oxşar təsiri ilə məşhurdur.
Qaraciyərin sağlamlığı üçün ən faydalı məhsullar açıqlandı - FOTO

Xeberdar.net

XƏBƏR LENTİ