Rusiya ordusunun itkiləri açıqlandı

587 10-04-2022, 12:51 dunya

Rusiya ordusunun itkiləri açıqlandıUkraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu günə kimi Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib. Həmçinin məhv edilən zirehli texnikanın sayı 2 000-ə yaxınlaşır.

Bu barədə “Report” Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya müharibə ərzində 722 tank, 1 911 zirehli döyüş maşını, 342 artilleriya sistemi, 55 hava hücumundan müdafiə sistemi, 152 təyyarə, 137 helikopter, 1 384 avtomobil və s. hərbi texnika, sursat itirib.

"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - məlumatda deyilir.

XƏBƏR LENTİ