“Rusiyaya qarşı sanksiyaları gücləndirməklə, ABŞ dünyaya yeni problemlər yaradır” - ÇİN XİN

483 12-04-2022, 12:58 dunya

“Rusiyaya qarşı sanksiyaları gücləndirməklə, ABŞ dünyaya yeni problemlər yaradır” - ÇİN XİNRusiyaya qarşı sanksiyalar tətbiq edilməsi Ukrayna böhranının həllinə kömək etmir, yalnız pandemiya şəraitində dünya üçün yeni problemlər yaradır.

Bu barədə aprelin 11-də brifinqdə ÇXR XİN rəsmi nümayəndəsi Çjao Liszyan bəyan edib.

«Ukrayna böhranının əvvəlindən Birləşmiş Ştatlar daim müxtəlif ölkələrə təzyiq göstərib, Rusiyaya yönəlik sanksiyalar tətbiq etməyi tələb edib, əks təqdirdə yüksək bədəllə hədələyib» - diplomat bildirib.

«Ancaq daim sanksiyaların gücləndirilməsi vəziyyəti düzəltməyə kömək etməyəcək. Əksinə, bu, pandemiya şəraitində dünyaya yeni problemlər gətirir» - o, qeyd edib.

Diplomat bildirib ki, Avropada enerji daşıyıcılarının qiyməti rekord həddə çatıb, bu zaman, hamıdan artıq zəif iqtisadi bazaya və sosial sabitliyə malik inkişaf etməkdə olan ölkələr ciddi təhdidlərlə üzləşirlər.

Çin XİN rəsmi nümayəndəsi xatırladıb ki, tarixdə Birləşmiş Ştatların sanksiya təbiqi barədə çoxsaylı nümunələr var. Onun sözlərinə görə, ABŞ-ın Kubaya, İrana, Venesuelaya, Əfqanıstana və digər ölkələrə qarşı sanksiyaları bu ölkələrin sakinlərinin rifahına böyük zərər vurub. Bununla bağlı, diplomat qeyd edib ki, ABŞ həmişə ədalətə məhdudlaşdırıcı tədbirlərlə nail olmağa çalışır, amma gerçəkdə onlar özləri üçün qeyri-halal yolla gəlir əldə edirlər.

XƏBƏR LENTİ