"Azərsun Sənaye Parkı” ərazisində baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb...

729 29-04-2022, 10:32 cemiyyet / hadise

"Azərsun Sənaye Parkı” ərazisində baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb...Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a FHN-in Mətbuat xidmətindən bildirilib.

Ümumilikdə təqribən 5 000 kv.m sahədə baş vermiş yanğın 4 000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Xeberdar.net

XƏBƏR LENTİ