Türkiyədə qazın qiyməti kəskin artdı

716 1-06-2022, 11:19 dunya

Türkiyədə qazın qiyməti kəskin artdıTürkiyənin dövlət neft-qaz şirkəti olan BOTAŞ bu gündən etibarən təbii qazın qiymətinin 30 faizdən çox artırıldığını elan edib.

Xeberdar.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin elanında yaşayış evləri üçün qazın qiymətinin 30 faiz, sənaye sektoru üçün isə 40 faiz artırıldığı bildirilir. Bundan əlavə, təbii qazla istehsal olunan elektrik enerjisinin qiymətində də 17 faiz artıma gedilib.

Beləliklə, Türkiyədə yaşayış mənzillərində qazın hər min kubmetrinə 3264 lirə(199 dollar), sənaye istehsalçıları isə 10 417 lirə(635 dollar) ödəməli olacaqlar

Xeberdar.net

XƏBƏR LENTİ