Azərbaycanda DƏHŞƏT: Ruhi xəstə arvadını döyərək öldürdü

917 8-06-2022, 12:42 kriminal

Azərbaycanda DƏHŞƏT: Ruhi xəstə arvadını döyərək öldürdüXızı rayonunda qətl törədilib.

“Kriminalqafqaz”ın məlumatına görə, bir neçə gün əvvəl rayonun Yeni Yaşma qəsəbəsində 1963-cü il təvəllüdlü Əbülfət Əliyev həyat yoldaşı, 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya baş nahiyəsindən küt alətlə dəfələrlə ağır zərbələr endirib.Qadın Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və B.Mustafayeva ötən gün vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, arvadını qətlə yetirən şəxs ruhi-əsəb xəstəsidir. O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və orada müalicə alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ