“Rusiya NATO üçün uzunmüddətli təhdiddir” - Litva Prezidenti

766 11-06-2022, 13:30 dunya

“Rusiya NATO üçün uzunmüddətli təhdiddir” - Litva PrezidentiMüstəqil Ukrayna ərazisinə tammiqyaslı təcavüzün dördüncü ayında Litva Prezidenti Gitanas Nauseda bəyan edib ki, Rusiya Federasiyası NATO üçün uzunmüddətli təhdiddir.

Bu barədə «LRT» xəbər verir.

«Mən, hesab etmirəm ki, biz özümüzə bu fikirlə təskinlik verməliyik ki, ola bilsin, müharibə qurtaracaq və onda biz, yenidən hansısa başqa işlə məşğul ola, dostyana münasibətdə ola bilərik» - Litva Prezidenti deyib.

Nauseda həm də qeyd edib ki, iyunun sonunda Madriddə keçiriləcək NATO sammitinə böyük ümidlər bəsləyir. Onun fikrincə, sammit Şərq bloku ölkələri arasında aksent qoymağa kömək edəcək.

AzPolitika.info

XƏBƏR LENTİ