Ukrayna ordusu bu iki istiqamətdə əks-hücuma keçdi və 5-10 km irəlilədi...-RƏSMİ

780 13-06-2022, 10:28 dunya

Ukrayna ordusu bu iki istiqamətdə əks-hücuma keçdi və 5-10 km irəlilədi...-RƏSMİUkrayna Silahlı Qüvvələri Zaporojye vilayətində əks-hücum zamanı cəbhə xəttini 5-10 km irəli çəkərək ərazilərimizi işğalçılardan azad edib.
Moderator.az "UNİAN"a istinadla xəbər verir ki, bunu Melitopolun meri İvan Fyodorov axşam video yayımı zamanı Melitopolun işğaldan azad edilməsi ilə bağlı sualı cavablandırarkən söyləyib.

"Son iki həftə ərzində biz, Melitopol sakinləri üçün iki kifayət qədər mühüm hadisə baş verdi. İlk növbədə, bu, Silahlı Qüvvələrimizin birbaşa Xerson vilayətində, Xerson istiqamətində əks-hücumudur. Bu günə qədər Silahlı Qüvvələrimiz Xerson istiqamətində mühüm irəliləyiş əldə edib.Biz də bundan ruhlanırıq, axı bu, Melitopol istiqamətində bir hərəkatdır”, - Fyodorov bildirib.

İkincisi, bu, birbaşa Zaporojyedən Melitopola tərəf olan istiqamətdir. Həm də iki həftə ərzində cəbhə xətti Melitopol şəhərinə doğru 5 km-dən 10 km-ə qədər irəli çəkidli”, - deyə mer davam edib.

Eyni zamanda Fyodorov vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin qəhrəmanlıq uğuru sayəsində 110 gün əvvəl Ukrayna qoşunlardan 10 dəfə çox olan Rusiya ordusunun qüvvələri bu gün xeyli azalıb.

XƏBƏR LENTİ