Quldurluq və dələduzluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərin üzrə qərar elan olunub

Quldurluq və dələduzluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərin üzrə qərar elan olunubBakı Apellyasiya Məhkəməsində quldurluq və dələduzluqda təqsirləndirilən Rəşad Mehdiyev və Araz Məmmədzadə barələrindəki hökmdən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.
“Report”un məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.4-cü (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və A.Məmmədzadə isə 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mehdiyev 10 il, A.Məmmədzadə isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xeberdar.net

Quldurluq və dələduzluqda təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərin üzrə qərar elan olunub

  • 22-02-2016, 10:45
  • 540


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI