DTX BİR NEÇƏ GENERALI SAXLADI - Bakıda genişmiqyaslı əməliyyat + FOTO (Yenilənib)

1 689 21-06-2022, 00:24 kriminal / gundem

DTX BİR NEÇƏ GENERALI SAXLADI - Bakıda genişmiqyaslı əməliyyat + FOTO (Yenilənib)"AzPolitika.info"nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu gün keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir.

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.
DTX BİR NEÇƏ GENERALI SAXLADI - Bakıda genişmiqyaslı əməliyyat + FOTO (Yenilənib)
Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib. Trend-in əldə etdiyi məlumata görə, dövlət qurumlarının birində baş tutan əməliyyatda vəzifəli şəxslər saxlanılıb.
Qeydi-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

***

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib.

Bakupost.az xəbər verir ki, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb.

Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

XƏBƏR LENTİ