Rusiya helikopteri Estoniyanın hava məkanını pozub, səfir XİN-ə çağırılıb

Rusiya helikopteri Estoniyanın hava məkanını pozub, səfir XİN-ə çağırılıbİyunun 18-i axşam saatlarında Rusiyanın "Mi-8" sərhəd gözətçi helikopteri Estoniyanın cənub-şərqindəki Koydula bölgəsində Baltikyanı ölkənin hava məkanını pozub. Hadisə, təxminən, iki dəqiqə davam edib.

“Report” xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, helikopter təqdim edilmiş uçuş planı olmadan və transponderi (rabitə cihazı) söndürülmüş halda uçub. Rusiyalı pilotların Estoniyanın aviadispetçer xidməti ilə ikitərəfli əlaqəsi olmayıb.

Buna cavab olaraq bu gün Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağıraraq ona nota təqdim edib. Bu, cari ildə Estoniyanın hava məkanının ikinci dəfə pozulmasıdır.

Ötən il Rusiya təyyarələri Estoniya sərhədini 5 dəfə pozub.

Rusiya helikopteri Estoniyanın hava məkanını pozub, səfir XİN-ə çağırılıb

  • 21-06-2022, 16:05
  • 404


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI