Ukrayna bu həftə Aİ-yə üzvlük üzrə namizəd statusunu alacaq

667 22-06-2022, 10:34 dunya

Ukrayna bu həftə Aİ-yə üzvlük üzrə namizəd statusunu alacaqAvropa Birliyinə üzv olan 27 ölkə bu həftə Ukraynaya rəsmən namizəd statusu vermək niyyətindədir. Bazar ertəsi Aİ səfirlərinin görüşündə heç kim qərarın əleyhinə çıxış etməyib.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat verib.

Məlumata görə, blok həmçinin Avropa Komissiyasının Moldovaya, eləcə də Gürcüstana ilk növbədə konkret əlavə şərtləri yerinə yetirəcəyi təqdirdə namizəd statusunun verilməsi ilə bağlı rəyini dəstəkləmək niyyətindədir.

“Bu status siyasi gələcəyinin böyük hissəsini Avropa ilə daha sıx münasibətlərə sərmayə olaraq qoyan Ukrayna üçün xüsusilə əhəmiyyətlidir, çünki o, Rusiyanın təcavüzünə qarşı mübarizədə mənəvi dəstək axtarır”, - deyə nəşr bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ