Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən SAXLANDI

686 23-06-2022, 11:31 dunya

Sərhəddə əməliyyat - Gülənin qardaşı qızı qaçarkən SAXLANDITürkiyədən Yunanıstana qeyri-qanuni keçməyə cəhd edən 10 şəxs sərhədçilər tərəfindən saxlanılıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 10 nəfər sərhəd bölmələrimiz tərəfindən yaxalanıb. Tutulan şəxslərdən 5-nin FETÖ terror təşkilatı üzvü olduğu müəyyən edilib. Onlardan biri də terror təşkilatının lideri Fəthullah Gülənin qardaşı qızı Süməyyə Güləndir”, - açıqlamada deyilib./Teleqraf.com

XƏBƏR LENTİ