"Rusiyanın bir neçə istiqamətdə hücumu dəf edilib" - Ukrayna Baş Qərargahı

684 11-07-2022, 09:03 cemiyyet / dunya

"Rusiyanın bir neçə istiqamətdə hücumu dəf edilib" - Ukrayna Baş Qərargahı“Rusiya Silahlı Qüvvələri Xarkov istiqamətində işğal olunmuş əraziləri nəzarətdə saxlamaq və qoşunlarımızın irəliləməsinin qarşısını almaq üçün səylərini davam etdirir”.

Xeberdar.net məlumat verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Boqorodiçnı yaxınlığında da hava hücumu həyata keçirib: “Ukrayna hərbçiləri Krasnopillya istiqamətində düşmənin hücumunu uğurla dəf edib. Bir çox məntəqələrdə istilik elektrik stansiyaları yaxınlığına hava zərbələri endirilib. Maryinka istiqamətində qarşı tərəfin növbəti hücum cəhdi tamamilə uğursuz olub. Onlar əsgərlərimizin atəşi altında geri çəkilməli olublar. Qara və Azov dənizlərində düşmənin hərbi-dəniz qrupu əsas səylərini mühüm hərbi və mülki infrastruktur obyektlərinin qanadlı raketlərlə vurulmasına, Hərbi Dəniz Qüvvələrinin və Ukrayna Dövlət Sərhəd Xidmətinin qüvvələrinin və vasitələrinin hərəkətlərinin qarşısının alınmasına yönəldib. Dənizlərdə “Kalibr” qanadlı raket sistemləri hazır vəziyyətdə saxlanılıb”.




XƏBƏR LENTİ