"Zelenski bütün Ukraynanı azad etmək tapşırığı qoyub" - Təhlükəsizlik və Müdafiə Şurası

584 13-07-2022, 09:00 dunya

"Zelenski bütün Ukraynanı azad etmək tapşırığı qoyub" - Təhlükəsizlik və Müdafiə ŞurasıUkrayna Prezidenti Volodimir Zelenski hərbçilərin qarşısına bütün ölkəni azad etmək tapşırığı qoyub.

Xeberdar. net RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

"Söhbət təkcə Xerson vilayətindən deyil, bütün ölkənin işğaldan azad edilməsindən gedir. Və Prezident hərbçilərimizin qarşısına bu cür tapşırıq qoyub. Əlbəttə ki, biz bütün əraziləri birdən azad edə bilmərik, bu, sadəcə olaraq, zaman məsələsidir”, - Danilov qeyd edib.
Onun sözlərinə görə, Xerson yaxınlığındakı Rusiya anbarlarında baş verən partlayışlar yüksək dəqiqlikli silahların işidir.

"Rusiyanın vəzifəsi bir ölkə olaraq bizi, ali siyasi rəhbərliyi məhv etmək və ölkəmizin mövcudluğunu dayandırmaqdır", - Danilov əlavə edib.

Xatırladaq ki, daha əvvəl müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Prezident Ukraynanın cənubunun işğaldan azad edilməsi barədə göstəriş verib.

XƏBƏR LENTİ