DİM qəbul imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib

724 20-07-2022, 11:31 cemiyyet

DİM qəbul imtahanlarında iştirak edəcək şəxslərə müraciət edibDövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edəcək şəxslərə müraciət edib.
Mərkəzdən bildirilib ki, 21 iyul 2022-ci il tarixində I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları (II cəhd) keçiriləcək.

Qeyd edilib ki, imtahanlar saat 10:00‑da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

“İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilib.

XƏBƏR LENTİ