Urmiya gölünün bərpası üzrə işçi qrupun rəhbəri vəzifəsindən uzaqlaşdırılıb

742 20-07-2022, 13:17 dunya

Urmiya gölünün bərpası üzrə işçi qrupun rəhbəri vəzifəsindən uzaqlaşdırılıbİsa Kələntəri Urmiya gölünün bərpası üzrə işçi qrupun rəhbərliyindən uzaqlaşdırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın hökumət sözçüsü Əli Bahaduri Cəhromi deyib.

O bildirib ki, Nazirlər Kabinetinin bugünkü iclasında Ətraf Mühit Təşkilatı və Nazirlik tərəfindən Urmiya gölünün vəziyyəti və onun problemlərinin həlli ilə bağlı hesabat təqdim edilib.

O qeyd edib ki, prezidentin Urmiya gölünün işçi qrupunun gücləndirilməsinə xüsusi diqqət yetirməsinə görə, Urmiya gölünün bərpası üzrə icraçı direktor, eyni zamanda, işçi qrupunun katibi olan İsa Kələntəri vəzifəsindən kənarlaşdırılıb.

Məlumatda qeyd olunur ki, Nazirlər Kabinetinin qərarı ilə Urmiya gölünün bərpası üzrə icraçı direktor vəzifəsi Qərbi Azərbaycan əyalətinin başçısına həvalə olunub.

Bahaduri Cəhromi həmçinin əlavə edib ki, Urmiya gölü məsələsinin həllində daha sürətli irəliləyiş əldə etmək üçün işçi qrupunun yeni üzvü kimi İranın Şərqi Azərbaycan valisi də heyətə əlavə edilib.

XƏBƏR LENTİ