Rusiyanı qorxu bürüyüb : Müxalifət həyəcan təbili çalır

679 21-07-2022, 12:18 dunya

Rusiyanı qorxu bürüyüb : Müxalifət həyəcan təbili çalırÇeçenistanın başçısı Ramzan Kadırov hava hücumundan müdafiə sistemi əldə etmək arzusunda olduğunu bildirib. Ramzan Kadırov Telegram kanalında yazır: “Rusiyanın cənub sərhədlərində, Çeçenistan Respublikasının dağlarında hava hücumundan müdafiə sistemlərinə həmişəkindən daha çox tələbat var”. Kadırovun bu açıqlaması gündəmə bomba kimi düşüb. Hava hücumundan müdafiə vasitələri ilə Kadırovun kimdən müdafiə olunacağı geniş müzakirə olunur.

Moskva isə artıq Sibir istiqamətində hava hücumundan müdafiə qüvvələrini gücləndirmək qərarı verib. 2022-ci ilin sonuna qədər təkmilləşdirilmiş S-300 “Favorit” sistemləri Sibir hava hücumundan müdafiə bölməsinə təhvil veriləcək. Rusiyanın bu bölgədə hava hücumundan müdafiə qüvvələrini nə üçün gücləndirdiyi məlum deyil. Rusiyalı hərbi ekspertlər Qazaxıstanın Rusiyanı arxadan vuracağı ehtimalının olmadığını bildirsələr də, ehtiyyat tədbirləri görməyi məqsədə uyğun hesab edirlər.

Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli Rusiyada gedən siyasi prosesləri şərh edərkən deyib.

Xəqani Cəfərlinin sözlərinə görə, Moskva Krımda baş verənləri narahatlıqla izləyir və milli müstəvidə münaqişə çıxacağından qorxur:

“Rusiyanın işğal etdiyi Krımda da vəziyyət sürətlə pisləşir. Krım tatarlarının üzərində “Z” simvolu ilə işğalçını döyməsini əks etdirən görüntülər yayıldıqdan sonra Rusiyanın təbliğat maşını Krım tatarlarını terrorçu elan etməyə başlayıb: “Krım tatarları terrorçudur, çünki onların 80 faizi Hizb-ut-Təhrir-i dəstəkləyir”. Son günlər Krımda dirəklərə gizlin şəkildə Krım tatarlarının milli bayraqlarının asılması müşahidə olunur. Moskva Krımda baş verənləri narahatlıqla izləyir və milli müstəvidə münaqişə çıxacağından qorxur.

Belə bir vəziyyətdə Əfqanistanda hakimiyyəti ələ keçirmiş Talibanın Rusiyadan istədiyi 5 milyard dolları almayacağı halda Tacikistana, daha sonra Rusiyaya hücum edəcəyi iddiaları yayılır.

ABŞ ukraynalı pilotların F-15 və F-16 qırıcı təyyarələrinin idarə olunmasını öyrənmələri üçün 100 milyon dollar ayırır.

ABŞ-ın Helsinki Komissiyası isə Rusiyanın parçalanmasını müzakirə edir.

Rusiya müxalifəti isə həyacan təbili çalır ki, Ukraynadakı müharibənin davam etdirilməsi Rusiyanın istənilən qüvvə qarşısında müdafiəsiz duruma düşməsinə səbəb olacaq”.

XƏBƏR LENTİ