Xəzərdə iki nəfər batdı: Biri şəhid oğlu, digəri qazi imiş

Xəzərdə iki nəfər batdı: Biri şəhid oğlu, digəri qazi imişDünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batmaları barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumat alındıqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Havanın qaralması səbəbindən axtarışlar axşam saatlarında müvəqqəti dayandırılıb.

Küləkli hava şəraiti və dənizin dalğalı olması axtarış işlərini çətinləşdirsə də, FHN-in dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən yenidən axtarışlara başlayıb. Eyni zamanda, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə baş vermiş ərazinin yaxınlığındakı sahil məntəqələrində xidmət aparan şəxsi heyəti də axtarışlar aparır.

Əlavə məlumat veriləcək.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabov olublar.

Bildirilib ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.

Xəzərdə iki nəfər batdı: Biri şəhid oğlu, digəri qazi imiş

  • 29-07-2022, 11:34
  • 398


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Masallıda “Sirr-M”MMC -yə məxsus yük maşınları Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınmasını həyata keçirir
  2. “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənc üçün ustad dərslərinə start verdi
  3. Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi sənədli film çəkir
  4. Meksikada zəlzələ baş verib
  5. Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirilib
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
  7. İranın Ukraynadakı səfirinin akkreditasiyası ləğv edilib
  8. Uqandada eboladan 11 nəfər ölüb
  9. Bakıda minik avtomobili yandı - 1 nəfər zəhərləndi
  10. İraqın şimalında 7 terrorçu zərərsizləşdirilib
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI