Türkiyədə ağır yol qəzası olub: ölənlər və yaralananlar var

540 1-09-2022, 10:37 hadise / dunya

Türkiyədə ağır yol qəzası olub: ölənlər və yaralananlar varXəsarət alanlar arasında iki uşaq da var

Türkiyədə ağır yol qəzası olub. Xeberdar.net-in “Haber Global”a istinadən məlumatına görə, hadisə Sivas-Malatya avtomobil yolunda qeydə alınıb.

Belə ki, sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər isə ağır yaralanıb.

Qeyd edilir ki, yaralılar xəstəxanaya çatdırılıb və onlardan biri də orada ölüb. Xəsarət alanlar arasında iki uşaq da var.

Qəza yerinə polis, jandarm, xilasetmə və təcili yardım əməkdaşları cəlb edilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Xeberdar.net

XƏBƏR LENTİ