Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi növbəti layihəsinin icrasına başladı

1 341 1-09-2022, 21:22 cemiyyet / gundem

Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi növbəti layihəsinin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyimim maliyyə vəsaiti ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Dənizkənarı çimərliklərinin məişət tullantılarından təmizlənməsi” layihəsinə start verildi. İki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində dənizkənarı çimərliklərinin məişət tullantılarından təmizlənməsi üçün 20 nəfər könüllü gəncin iştirakı ilə beş dəfə maarifləndirmə aksiyaları təşkil ediləcək və “Mavi Xəzər” adlı sənədli flim çəkiləcəkdir.

Xeberdar.net

XƏBƏR LENTİ