“Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi növbəti layihəsinin icrasına başladı

468 1-09-2022, 22:16 cemiyyet

“Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi növbəti layihəsinin icrasına başladı


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Regonlarda bələdiyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili” layihəsinə start verildi. İki ay (01.09.2022 – 01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində Qəbələ, Oğuz, İsmayıllı və Şəki rayonlarında bələdiyyələrin yaxından iştirakı ilə yerli icma arasında şoranlaşmanın qarşısının alınması istiqamətində ekoloji maarifləndirmə işi aparılacaq, eroziyaya məruz qalmış torpaqların fərdi və kollektiv şəkildə əkinə yararlı hala salınması metodlarını region əhalisinə aşılamaqla yerli icma üzvləri arasında ekoloji maarifçilik şüurunun artırılmasına töhfə veriləcəkdir.

Xeberdar.net

XƏBƏR LENTİ