Ermənistanla sənəd imzalandıqdan bir neçə saat sonra Şuşanın işğal xəbəri gəldi -İrandakı keçmiş diplomatımızdan ilginc videomüsahibə

378 6-09-2022, 11:08 dunya

Ermənistanla sənəd imzalandıqdan bir neçə saat sonra Şuşanın işğal xəbəri gəldi -İrandakı keçmiş diplomatımızdan ilginc videomüsahibəTV Musavat-ın budəfəki müsahibi Azərbaycanın İran İslam Respublikasındakı sabiq fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənovdur. Qeyd edək ki, şərqşünas alim, təcrübəli diplomat olan Abbasəli Həsənov son illərədək ölkəmizin Tacikistandakı səfirliyinə rəhbərlik edib.

Diplomat bu günlərdə Şuşada, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edənlərdən biri idi.

Vətən müharibəsi qəhrəmanlarımızın, şəhidlərimizin övladlarına həsr olunmuş tədbirdən sonra əməkdaşımız Elşad Paşasoy səfir Abbasəli Həsənovla Şuşanı bərabər dolaşaraq, televiziyamız üçün müsahibə alıb. Diplomat Natəvan bulağının gözündən su içib, Xan qızı Xurşidbanu Natəvanın dağıdılmış mülkünə baş çəkib, erməni faşizminin törətdiyi vandallıqlardan danışıb. Eyni zamanda o zaman İrandakı Azərbaycan səfirliyində tərcüməçi vəzifəsində çalışan diplomat ilk dəfə TV Musavat-a, Tehranda, İranın vasitəçilyi ilə Ermənistan və Azərbaycan rəhbərliyinin iştirakı ilə keçirilən görüşlər, bu görüşlərin yekununda imzalanan sənəd, həmçinin Bakıya dönərkən təyyarədəcə Şuşanın işğal olunması xəbərini almaları barədə acı xatirələrini bölüşüb.

Abbasəli Həsənov İranın bəzi diplomatlarının hazırda da Azərbaycana qarşı təhdid dili ilə danışmasına reaksiya verdi, bunun səbəblərindən bəhs edib. Diplomat Şuşada qoyulmuş güllələnmiş heykəllərin də ziyarətində olub. İlginc məqamlarla dolu söhbəti tam şəkildə tamaşaçılarımıza təqdim edirik:



XƏBƏR LENTİ