Polkovnik Elnur Məmmədov həbs oluna bilər

Polkovnik Elnur Məmmədov həbs oluna bilərAzərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elnur Məmmədov məhkəməlik olub. “Qafqazinfo”nun məlumatına görə, o, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur.

Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Polkovnik Məmmədovun təqsiri sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək həbs cəzası gözləyir. Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Elnur Məmmədov son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gəlmişdi. Müdafiə Nazirliyi isə açıqlama yayaraq, E.Məmmədovun nazirliklə bağlı iddialarını yalanlamışdı.

Polkovnik Elnur Məmmədov həbs oluna bilər

  • 7-09-2022, 09:49
  • 987


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tahir Bağırov adına 59 saylı tam orta məktəbdə Kəlağayı gününə həsr olunmuş tədbir keçirildi
  2. Şair-publisist Güllü Eldar Tomarlı medal və fəxr diplomla təltif edildi
  3. DÜNYA KÜTLƏVİ ACLIQ ASTANASINDA... - İki seçim yolu var (ARAŞDIRMA + FOTO)
  4. “Rusiya Aleksandr Lukaşenkoya sui-qəsd hazırlayır” - ABŞ analitikləri
  5. Böyük Qayıdış futbol çempionatında 1/2 finalçılar müəyənləşdi.
  6. “Ukraynaya yardım qərb ölkələrinə baha başa gəlir” - NATO-nun baş katibi
  7. Tokayev Rusiyaya səfər edib
  8. Hərbçimiz vəfat etdi
  9. İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOlar
  10. İki gündə cinayətdə şübhəli 74 nəfər saxlanılıb
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI