Bakıda 13 yaşlı qız ev şəraitində körpə dünyaya gətirib

473 7-09-2022, 09:52 hadise

Bakıda 13 yaşlı qız ev şəraitində körpə dünyaya gətiribBakıda 13 yaşlı qız ana olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

K.Ağazadə deyib ki, həmin qız ötən gün ev şəraitində körpəni dünyaya gətirib:
“Ana xəstəxanaya yerləşdirilib, körpə də sağdır”.

13 yaşlı qız bildirib ki, o, təcavüzə uğraması nəticəsində hamilə qalıb.

Hüquq-mühafizə orqanları “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı gün ərzində açıqlama veriləcək.

XƏBƏR LENTİ