İrəvan Rusiya FTX-ni münaqişəyə cəlb etməyə çalışır - FOTO

2 194 14-09-2022, 19:48 dunya

İrəvan Rusiya FTX-ni münaqişəyə cəlb etməyə çalışır - FOTOİrəvan Rusiya Federal Təhlükəsizlik Xidmətini Ermənistanla Azərbaycan arasındakı münaqişəyə cəlb etməyə çalışır.

Bu gün Ermənistanın “Telegram” kanallarında Azərbaycan tərəfindən erməni mövqelərinin atəşə tutulması zamanı guya Rusiya FTX-nin texnikasının zədələndiyi barədə məlumatlar aktiv şəkildə yayılmağa başlayıb. Lakin Rusiya mənbələri bu məlumatı təsdiqləməyib.
Bundan əlavə, Ermənistan tərəfinin təqdim etdiyi fotoşəkillərdə avtomobilin üzərində heç bir qəlpə izi yoxdur. Nümayişkəranə şəklində asılmış Rusiya bayrağı da şübhə doğurur.

Bütün bu faktlar səhnələşdirmənin baş verdiyini güman etməyə imkan verir. Məqsəd Moskvanı vasitəçi statusundan çıxarmaq, Kremli münaqişə tərəflərindən birinə, konkret halda Ermənistana tərəf çəkməkdir./Azpolitika.info

Teleqram kanalı

XƏBƏR LENTİ