DYP postunun “burnunun ucunda” yanacaq oğurluğu - ARAŞDIRMA

DYP postunun “burnunun ucunda” yanacaq oğurluğu - ARAŞDIRMA


Xatırlayırsınızsa, 12 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurası “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa istinad edərək, neft məhsullarının tariflərinə baxdı və müvafiq tarif tənzimlənməsi apardı və ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi məqsədəuyğun hesab edildi. Lakin bundan iki gün sonra ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirildi və şuranın “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli qərarı ləğv edildi.


DYP postunun “burnunun ucunda” yanacaq oğurluğu - ARAŞDIRMA
DYP postunun “burnunun ucunda” yanacaq oğurluğu - ARAŞDIRMA


Bunları xatırlatmaqda məqsədimiz odur ki, hökumət 2 qəpiyin dövlət büdcəsinə təşviq olunması ilə, prezident isə xalqın rifahı ilə qayğılanır, digər tərəfdən möhtəkirlər Azərbaycanın büdcəsini formalaşdıran, xalqın firavanlığının əsas təminat mənbəyi olan “qara qızıl”ı oğurlayırlar.

Bakı – Astara - İran sərhədi yolunun 36,5 km-də yerləşən stasionar postdan (Qaradağ rayonunun ərazisi) 800 metr aralıda yolun sağ tərəfində üstünə “kafe” yazılmış bir obyekt yerləşir. Əyalətlərə mişar daşı daşıyan iri yük maşınlarına təmir xidməti göstərən 5-6 boksdan ibarət bu obyektin yoldan görünməyən arxa tərəfində şıdırğı benzin və dizel yanacağı averi gedir. Rəsmən yanacaqdoldurma məntəqəsi sayılmayan bu obyektdə satılan yanacağın oğurluq olmasını və ondan əldə edilən gəlirin vergidən gizlədildiyini düşünməyə tam əsaslar vardır. Obyektin rəsmi adının (təbii ki, bu, sadəcə ”kafe”ola bilməz), təşkilati-hüquqi formasının da reklam edilməməsi (hansı ki, doğru-dürüst sahibkarlıq fəaliyyəti bunu vacib saymalıdır) burada göstərilən avtotəmir xidmətinin də leqal olduğuna şübhə doğurur.

Üzümüzü hüquq-mühafizə orqanlarına, digər əlaqədar instansiyalara tutub bu boyda “cidanın çuvalda necə gizlədildiyini” soruşmaq istəyirik. Ümid edirik ki, aidiyyati qurumlar bu özbaşınalığın qarşısını alacaq, cinayətkarları və cinayətə rəvac verənlərin cəzalandırılmasını təmin edəcəklər. İnanırıq ki, təkcə qanunsuz yanacağı birbaşa istifadəçiyə satanların deyil, onun mənbədən oğurlanmasına şərait yaradanların da barəsində sərt ölçü götürüləcək.

DYP postunun “burnunun ucunda” yanacaq oğurluğu - ARAŞDIRMA

  • 28-07-2015, 18:58
  • 714


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI